Bakıya casusluqda ittiham edilən Aleksanyandan xəbər var


Ermənistanın Avstriyadakı keçmiş konsulu Aşxen Aleksanyanla bağlı cinayət işi yenidən birinci instansiya məhkəməsində araşdırılacaq.

Turkustan.az xəbər verir ki, Azərbaycana casusluqda və dövlətə xəyanətdə ittiham olunan Aleksanyan daha əvvəl bəzi ittihamlar üzrə bəraət alıb.

Ermənistanın Cinayət Apellyasiya Məhkəməsi prokurorluğun təqdim etdiyi apellyasiya şikayətini təmin edib. Məhkəmənin 22 sentyabr 2026-cı il tarixli qərarına əsasən, işə yenidən baxılması üçün materiallar səlahiyyətli birinci instansiya məhkəməsinə göndərilib.

Aleksanyan 23 aprel 2026-cı ildə dövlətə xəyanət ittihamı üzrə bəraət qazansa da, səlahiyyətlərindən sui-istifadə ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib

Xatırladaq ki, Ermənistanın Avstriyadakı keçmiş konsulu 29 avqust 2025-ci ildə ölkəyə qayıdarkən saxlanılıb. İstintaq onu Azərbaycanla əməkdaşlıq etməkdə və casusluqda ittiham edib.

Ermənistan mediasında yayılan məlumatlara görə, Aleksanyanın azərbaycanlı şəxslə münasibətdə olduğu da iddia edilib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ