İngiltərədə təlim məqsədilə istifadə olunan Hawk T2 təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Turkustan.az xəbər verir ki, təyyarədə olan iki pilot atış oturacaqlarından istifadə edərək təhlükəsiz şəkildə xilas olub.
Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus təlim təyyarəsi Uelsdəki RAF Valley aviabazasından qalxdıqdan sonra naməlum səbəbdən hündürlük itirib və yerə çırpılıb. Təxminən 16 milyon funt sterlinq dəyərində olan təyyarədəki pilotların ciddi xəsarət almadığı bildirilib.
Qəzanın şahidləri təyyarənin havaya qalxarkən alovlandığını, daha sonra isə kəskin şəkildə yüksəldiyini bildiriblər. Hadisənin səbəbləri araşdırılır.
Aytən Yaşar/ Turkustan.az