Tramp Venesuelanın müvəqqəti lideri ilə ilk dəfə görüşdü


ABŞ Prezidenti Donald Tramp Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezlə görüşüb.

Turkustan.az xəbər verir ki, bu, Trampın yanvar ayında Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Venesuelanın yeni rəhbərliyi ilə ilk görüşüdür.

Bu görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Trampın təşkil etdiyi qəbul zamanı baş tutub. Tərəflər əsasən neft və investisiya məsələlərini müzakirə ediblər.

Venesuela nümayəndə heyətində iqtisadiyyat üzrə vitse-prezident, neft naziri və dövlət neft şirkəti PDVSA-nın rəsmiləri yer alıb. “Reuters”ə danışan nümayəndə heyətinə yaxın iki mənbənin sözlərinə görə, səfərin əsas məqsədlərindən biri Venesuelanı xarici investisiyalar üçün əlverişli ölkə kimi təqdim etmək olub.

Bu, Rodrigezin vəzifəyə başladıqdan sonra ABŞ-a ilk səfəridir. Onun bu gün BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxış etməsi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ