Hörmüz boğazında yük gəmisinə hücum edilib. Hadisə nəticəsində iki heyət üzvünün öldüyü və ya yaralandığı bildirilir.
Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) qurumunun məlumatına görə, Hörmüz boğazından keçən yük gəmisi naməlum mərmi ilə vurulub. Zərbədən sonra gəmidə yanğın baş verib və gəmi nəzarətsiz şəkildə hərəkət edib.
Ekipajın gəmidən təxliyə edildiyi bildirilib. Hazırda ətraf mühitin çirklənməsi ilə bağlı məlumat yoxdur.
UKMTO bölgədəki digər gəmilərə ehtiyatlı olmaları və şübhəli fəaliyyətlər barədə quruma məlumat vermələri barədə xəbərdarlıq edib. Hücumun kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb.
Aytən Yaşar/ Turkustan.az