Kremlin sözçüsü Dmitri Peskov Ukrayna böhranının həlli ilə bağlı sülh danışıqlarına başlamaq üçün hazırda əsas olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, bununla belə, o, Moskvanın danışıqlara açıq olduğunu vurğulayıb.
Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukraynanın hərbiləşdirilməsinin davam etdiyini və Avropa ölkələrinin silah alışı üçün əlavə resurslar axtardığını deyib.
“Bu mərhələdə sülh danışıqlarına keçmək üçün heç bir əsas yoxdur. Lakin biz sülh danışıqlarına açığıq”, – Kremlin sözçüsü bildirib.
Peskov Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşə də münasibət bildirib. Onun sözlərinə görə, Putin Zelenskinin istənilən vaxt Moskvaya gələ biləcəyini və ona lazımi təhlükəsizlik zəmanətlərinin veriləcəyini açıqlayıb.
Peskov belə bir görüşün ekspertlər səviyyəsində birgə hazırlıq aparılmadan keçirilməsinin məntiqli olmadığını qeyd edib.
Aytən Yaşar/ Turkustan.az