NATO-nun baş katibi Mark Rutte ABŞ-ın təhlükəsizliyinin Avropa, Atlantik okeanı və Arktikanın təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Rutte ABŞ-ın Ayova ştatında Çikaqo Qlobal İşlər Şurasının təşkil etdiyi “NATO-nun gələcəyi” adlı tədbirdə çıxış edib.
Rutte qeyd edib ki, ABŞ Avropa və Arktikada təhlükəsizliyi təkbaşına təmin edə bilməz. Onun sözlərinə görə, NATO müttəfiqlərinin ümumi müdafiəyə verdiyi töhfə Alyansın təhlükəsizlik imkanlarını gücləndirir.
NATO baş katibi Avropa və Kanadadakı müttəfiqlərin müdafiə xərclərinə əlavə olaraq 250 milyard dollardan çox vəsait ayırdığını bildirib. O, bu vəsaitlərin real hərbi imkanlara çevrilməsinin vacibliyini vurğulayıb.
Rutte həmçinin ABŞ, Danimarka və Qrenlandiya arasında imzalanan təhlükəsizlik razılaşmasının NATO-nun şimal bölgələrində kollektiv müdafiəni gücləndirəcəyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az