17 may imtahanının nəticələri ləğv olunacaq? - DİM-dən AÇIQLAMA


Dövlət İmtahan Mərkəzi (DİM) 17 may tarixində Bakı şəhəri, Abşeron rayonu və Sumqayıtda əlverişsiz hava şəraiti ilə əlaqədar yaşanmış fors-major halını nəzərə alaraq ali məktəblərin magistraturalarına təkrar qəbul imtahanı keçirəcək.

Təkrar imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 may tarixlərində DİM-in saytında yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər.

14 iyun 2026-cı il tarixində Bakı, Abşeron və Sumqayıt şəhərlərində magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək.

17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Maraqlıdır, 17 may tarixində keçirlmiş imtahanın nəticləri ləğv olunacaq?

DİM-dən Modern.az-a bildirilib ki, 17 may imtahanının nəticələri ləğv olunmayacaq, qvvədə qalacaq.

Bakalavrlar ixtisas seçimi zamanı 15.02.2026 tarixli I cəhd, 17.05.2026 tarixli II cəhd və 14.06.2026 tarixli təkrar imtahanda əldə etdikləri ən yüksək nəticədən istifadə etməlidirlər.


MANŞET XƏBƏRLƏRİ