Kreml rəhbərindən Çinə mesaj: Strateji tərəfdaşlıq güclənir


Rusiya Prezidenti Vladimir Putin Çinə rəsmi səfərindən əvvəl videomüraciətində Çin xalqına müraciət edib.

Turkustan.az xəbər verir ki, Putin Rusiya-Çin strateji ittifaqının qlobal səhnədə mühüm və sabit rol oynadığını bildirib və əlavə edib: "Biz heç kimə qarşı ittifaq qurmuruq; əksinə, biz sülh və universal rifah üçün çalışırıq".

Pekinə yenidən səfər etməkdən məmnunluğunu ifadə edən Putin, müntəzəm qarşılıqlı səfərlərin və yüksək səviyyəli Rusiya-Çin görüşlərinin iki ölkə arasında münasibətlərin inkişafı və onların sonsuz potensialının açılması üçün birgə səylərin vacib hissəsi olduğunu vurğuladı.

Rusiya və Çinin 25 il əvvəl "Yaxşı qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə" imzaladığını xatırladan Putin bildirib ki, "bu gün Rusiya-Çin münasibətləri həqiqətən də görünməmiş səviyyəyə çatıb".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ