İran nüvə proqramının uzunmüddətli dondurulmasına 400 kiloqram yüksək zənginləşdirilmiş uranın ABŞ-a deyil, Rusiyaya ötürülməsi şərti ilə razılaşıb.
Turkustan.az xəbər verir ki, bu iddia ilə “Al Arabiya” çıxış edib.
Nəşr yazır ki, bu, İranın Pakistan vasitəsilə Vaşinqtona çatdırılan yenidən işlənmiş sülh təklifinin əsas detallarından biridir. Məlumata görə, Tehranın yenidən tərtib edib ABŞ-a göndərdiyi təkliflərdə İranın nüfuzunun qorunması ilə uzunmüddətli atəşkəsin razılaşdırılması nəzərdə tutulub.
“Beləliklə, İran nüvə proqramını dondurmağa hazırdır, amma onu tamamilə ləğv etməyə yox. 400 kq yüksək dərəcədə zənginləşdirilmiş uran Rusiyaya təhvil verə bilər”, – Nəşr qeyd edib. /Globalinfo.az