Donald Tramp İrana hücumu təxirə saldı


ABŞ prezidenti Donald Tramp "New York Times" (NYT) qəzetinə verdiyi müsahibədə bildirib ki, "İranlılar tezliklə nə baş verəcəyini bilirlər".

Turkustan.az xəbər verir ki, başqa bir açıqlamada Tramp aldığı sorğulara görə İrana planlaşdırılan hücumu sabaha təxirə saldığını bildirib.

ABŞ prezidenti Donald Tramp bildirib ki, İrana qarşı sabah planlaşdırılan hərbi hücum Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) liderlərinin xahişi ilə təxirə salınıb.

Tramp sosial media hesabında verdiyi açıqlamada bildirib ki, ABŞ və İran arasında ciddi danışıqlar davam edərkən Qətər əmiri Təmim bin Həməd Əl-Sani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan hücumun dayandırılmasını istəyiblər.

Bu səbəbdən Tramp sabaha planlaşdırılan əməliyyatın dayandırılması barədə göstəriş verdiyini bildirib. O əlavə edib ki, müdafiə naziri Pete Heqseth, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Caine və ABŞ ordusu əməliyyatın hazırda həyata keçirilməyəcəyi barədə məlumatlandırılıb.

Bununla yanaşı, Tramp qeyd edib ki, əgər məqbul razılaşma əldə olunmasa, ABŞ ordusu İrana qarşı genişmiqyaslı əməliyyata hazır vəziyyətdə olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ