Türkiyə valyuta birjalarında dollar və avro son aylarda ilk dəfə olaraq lirə qarşısında ucuzlaşıb.
Turkustan.az xəbər verir ki, dollar 0.14 faiz ucuzlaşaraq 33.29 lirəyə enib. Avro isə 0.28 faiz dəyər itirib. Hazırda 1 avro 36.47 lirə səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, bu məzənnələr yalnız birjalarda keçərlidir. /cebheinfo.az/