CNN və Politico üçün Ağ Ev qərarı: Trampın qadağası geri çevrildi


Vaşinqtondakı federal hakim Timoti Kelli CNN, MS NOW və Politico-nun Ağ Evə giriş üçün zəruri olan akkreditasiyalarının bərpa edilməsinə qərar verib.

Turkustan.az xəbər verir ki, hakim Kelli sözügedən media qurumlarının ABŞ Prezidenti Donald Trampın qərarına qarşı qaldırdığı iddia üzrə qərarını açıqlayıb.

Məhkəmənin qərarına əsasən, CNN, MS NOW və Politico-nun Ağ Evdə fəaliyyət göstərməsinə imkan verən akkreditasiyalar bərpa ediləcək.

Media qurumları Tramp administrasiyasının onların Ağ Evə girişinə qoyduğu məhdudiyyətə qarşı məhkəməyə müraciət etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ