ABŞ Putini G20 sammitinə dəvət etdi


ABŞ Rusiyanın Prezidenti Vladimir Putini dekabr ayında Mayamidə keçirilməsi planlaşdırılan G20 sammitində iştirak etməyə dəvət edib.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirdiyi mətbuat konfransında Putinə G20 dəvəti göndərildiyini açıqlayıb.

Rubio bildirib ki, Putin dəvəti qəbul edərsə, bu, onun yalnız ABŞ Prezidenti Donald Trampla deyil, digər dünya liderləri ilə də görüşməsi üçün imkan yaradacaq.

“Biz inanırıq ki, bu, onun təkcə Trampla deyil, həm də digər dünya liderləri ilə əlaqə qurması üçün bir fürsətdir. Ümid edirik ki, o, dəvəti qəbul edəcək”, – Rubio deyib.

Putinin dəvəti qəbul etməsi halında bu, Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra onun iştirak etdiyi ilk böyük beynəlxalq sammit olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ