Son 13 ildə 750 əyarlı 5 qramlıq üzüyün qiyməti necə dəyişib? – Qızıl sürətlə bahalaşır


Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanan sonuncu (08.04.2024) məlumatda göstərilir ki, qızılın troy unsiyasının (31 qram) qiyməti 3 min 981,7 manat (1 qram 128,4 manat) müəyyən olunub.

Turkustan.az xəbər verir ki, qızılın qiyməti bu ilin əvvəlindən ötən son 3 ay ərzində 14,5% bahalaşıb.

Belə ki, bu ilin yanvar ayının 7-də Mərkəzi Bank 1 qram qızılın qiymətinin 112,2 manat olduğunu açıqlamışdı.

Son 14 il ərzində qızılın qiyməti 4,4 dəfə artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.

Onu da bildirək ki, sürətli bahalanma təkcə qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətində müşahidə olunmur. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti də sürətlə bahalanır. Nümunə üçün bildirək ki, 13 il əvvəl zərgərlik dükanlarında satılan 750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün orta satış qiyməti 230 manat olduğu halda hazırda 600 manatdan baha satılır.

750 əyarlı 5 qram ağırlığında qızıl üzüyün son 13 ildəki qiyməti:

2013-cü ilin mart ayı – 230 manat
2014-cü ilin mart ayı – 222 manat
2015-ci ilin mart ayı – 218 manat
2016-cı ilin mart ayı – 310 manat
2017-ci ilin mart ayı – 370 manat
2018-ci ilin mart ayı – 365 manat
2019-cu ilin mart ayı – 370 manat
2020-ci ilin mart ayı – 385 manat
2021-ci ilin mart ayı – 435 manat
2022-ci ilin mart ayı – 515 manat
2023-cü ilin mart ayı – 575 manat
2024-cü ilin mart ayı – 600 manat


MANŞET XƏBƏRLƏRİ