Neftin barel qiyməti 80,62 dollar oldu


Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 80,62 dollara satılır.

Turkustan.az xəbər verir ki, cümə günü 83,48 dollara qədər bahalaşan Brent markalı neftin barel qiyməti gün ərzində 80,80 dollara düşüb. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09,52-də bağlanış vaxtı ilə müqayisədə 0,22 faiz azalaraq 80,62 dollar olub. Eyni zamanda, Vest Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 76,28 dollara satılıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ