Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR


Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi üçün yeni mexanizm yaradılır.

Turkustan.az xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyası çərçivəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “İcra haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

“İcra haqqında” qanuna əlavə edilən yeni maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmini müəyyən edəcək.

Layihəyə əsasən, borclunun qiymətli kağızlarına dair məlumatların sorğulanması, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil ediləcək.

Qanun layihəsində həmçinin "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununda uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ