Dünyanın ikinci əsas valyutası: Yuan yenə avronu keçdi


Yuan yenə avronu keçərək qlobal ticarətin maliyyələşdirilməsində istifadə edilən dünyanın ikinci ən böyük valyutası oldu.

Turkustan.az xəbər verir ki, bu barədə Reuters SWIFT məlumatlarına istinadən xəbər verir.

Bildirilir ki, bu, Çinin artan qlobal ticarət ambisiyalarının sübutudur,

Belə ki, Çin valyutasının beynəlxalq ödənişlərdə payı 2023-cü ilin avqustunda 4,82%-dən sentyabrda 5,8%-ə yüksəlib. Bu, statistikanın saxlanıldığı son beş il ərzində maksimum göstəricidir.

Dollar ticarət hesablaşmalarında hələ də birinci yeri saxlayır: sentyabrda onun payı bir ay əvvəlki 83,95%-ə nisbətdə 84,15%-ə yüksəlib.

Avro beynəlxalq ödənişlərdə üçüncü ən populyar valyutadır. Sentyabrda onun payı avqustdakı 6,43%-dən 5,43%-ə düşüb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ