Neftin qiyməti ilə bağlı şok proqnoz: İlin sonuna qədər...


ABŞ-İran gərginliyi fonunda neft qiymətlərinin gələcəyi ilə bağlı yeni proqnoz açıqlanıb.

Turkustan.az xəbər verir ki, "Goldman Sachs" neftin qiymətinin ilin sonuna qədər 70 dollardan aşağı düşəcəyini proqnozlaşdırır.

Bankın nümayəndəsi Aşok Varadhan bildirib ki, Hörmüz boğazı ilə bağlı mümkün razılaşma və regionda gərginliyin azalması enerji qiymətlərinə təzyiqi zəiflədə bilər.

Onun sözlərinə görə, belə bir razılaşma inflyasiyanın da azalmasına şərait yarada bilər. "Goldman Sachs" həmçinin ABŞ Federal Ehtiyat Sisteminin ilin sonuna qədər faiz dərəcəsini sabit saxlayacağını gözləyir./publika.az


MANŞET XƏBƏRLƏRİ