Qiymət artanda bahalaşdırırlar: Ucuzlaşanda isə...


Qızılın qiyməti ABŞ və Çin bazarlarının dövlət tətilləri səbəbindən bağlı qalması fonunda azalıb.

Ticarət həcminin zəifləməsi və əvvəlki sessiyadakı 2,5%-lik artımdan sonra mənfəət realizasiyası qiymətlərə təzyiq göstərib.

Dünya bazarında qızılın qiymətinin artması ölkəmizdə də qiymət artımına səbəb olur. Bəs dünya bazarında qızılın enməsi ölkəmizdə qızıl bazarına necə təsir edir?

İqtisadçı ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, dünyada qızıl və gümüşün qiymətində enmələr kəskin olanda, bu, ölkə bazarına da təsir edir, amma bu təsir daha az olur.

Dünya bazarında qızılın və gümüşün qiyməti artarkən isə ölkə ərazisində satıcılar qiyməti dərhal artırır. Bu hal onlarla əlaqədardır ki, ölkədə qızıla tələbat yüksəkdir.

Qızıl satanlar alıcı sayının yaxşı olduğunu görəndə qiyməti aşağı salmır”. İqtisadçı qeyd edir ki, ölkədə qızılın enməsi yalnız dünya bazarında daha kəskin düşüş olduğu hallarda ciddi şəkildə müşahidə edilə bilər.


MANŞET XƏBƏRLƏRİ