Avropa Komissiyası ABŞ-da keçiriləcək Sülh Şurasının ilk iclasında müşahidəçi qismində Avropa Komissarı Dubravka Şuiça tərəfindən təmsil olunacaq.
Turkustan.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Qiyom Mersye brifinq zamanı məlumat verib.
Sözçü bildirib:
— Komissar Şuiçanın bu həftə Vaşinqtona səfər edəcəyini təsdiqləyə bilərəm. O, Sülh Şurasının iclasında, o cümlədən Qəzzaya həsr olunmuş ayrıca sessiyada iştirak edəcək.
Mersye vurğulayıb ki, Avropa Komissiyası Sülh Şurasının üzvü deyil, lakin Qəzzada atəşkəsin təmin olunması, eləcə də yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə beynəlxalq səylərdə uzunmüddətli öhdəliklərinə uyğun olaraq iclasa müşahidəçi qismində qatılır.
O, həmçinin qeyd edib ki, Avropa Birliyi Qəzzada mühüm rol oynayır. Belə ki, birlik Fələstinə ən böyük donor olaraq ötən il 1,6 milyard avro məbləğində dəstək vəd edib.
Aytən Yaşar/ Turkustan.az