Bayram Nurlu siyasətə qoşulur — Bu partiyaya üzv olmaq istəyir


Məşhur ekstrasens, “Instagram” fenomeni Bayram Nurlu siyasətə qoşulur.

Turkustan.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, o, Azərbaycan Demokratik Maarifçilik Partiyasına üzv olmaq üçün müraciət hazırlayıb.

Qeyd edək ki, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri hazırda Milli Məclisin deputatı kimi də fəaliyyət göstərən Elşən Musayevdir.

Xatırladaq ki, Bayram Nurlunun bir müddət əvvəl bələdiyyə seçkilərinə qatılacağına dair də məlumat yayılmışdı.


MANŞET XƏBƏRLƏRİ