Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin Cenevrəyə gedən nümayəndə heyəti ilə əlaqə saxlayır.
Turkustan.az xəbər verir ki, Peskov bu gün keçirilən mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
Peskov İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlarda daha geniş məsələlərin müzakirə olunacağını bildirib və əlavə edib ki, "Buraya ərazilər və tələblərimizlə bağlı digər əsas məsələlər daxildir".
Peskov Cenevrəyə gedən Rusiya nümayəndə heyətinin genişləndirildiyini vurğulayaraq, xarici işlər nazirinin müavini Vladimir Medinski ilə yanaşı, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslərin də daxil olacağını bildirib.
Peskov Rusiya Prezidenti Vladimir Putinin Cenevrəyə gedən nümayəndə heyətinə ətraflı təlimatlar verdiyini və Putinin rusiyalı danışıqçılarla əlaqə saxladığını bildirib.
Aytən Yaşar/ Turkustan.az