Suriya prezidenti Əhməd Şara Dəməşqdə keçirilən “İslam Söyləminin Birliyi” konfransında çıxış edərək, cəmiyyətə rəhbərlik vəzifəsinin yalnız bir quruma aid olmadığını, vaizlər, məktəblər və medianın ortaq məsuliyyət daşıdığını vurğulayıb.
Turkustan.az xəbər verir ki, Əhməd Şara dedi: "Əsrlər boyu davam edən ideoloji müzakirələrə qatılmaq imkanımız yoxdur. Prioritetlərimizə diqqət yetirməliyik. Cəmiyyətə rəhbərlik etmək vəzifəsini natiqlər, məktəblər və media ilə bölüşürük."
Şara paytaxt Dəməşqdə Vəqflər Nazirliyi tərəfindən təşkil edilən və 1500 din aliminin qatıldığı "İslam Söyləminin Birliyi" konfransında çıxış edib.
Şara hər bir qurumun öz əsas vəzifəsini lazımınca yerinə yetirməli olduğunu vurğulayaraq, təhsil müəssisələrinin, məscidlərin və medianın ictimai rəyin istiqamətləndirilməsində və sosial davranışın formalaşmasında ortaq bir məsuliyyət daşıdığını bildirdi.
Məscidlərdə çalışan vaizlərin cəmiyyətdə maarifləndirmə və yeni nəslin maarifləndirilməsində mühüm rol oynadığını bildirən Şara, "Cəmiyyətə rəhbərlik etmək vəzifəsini vaizlər, məktəblər və media ilə birlikdə bölüşürük" dedi.
Aytən Yaşar/ Turkustan.az