ABŞ və İran arasında nüvə və regional danışıqlar kritik bir mərhələyə çatarkən, İranın dəstəklədiyi hesablar tərəfindən yayılan animasiya videosu İsrail ilə İran arasında gərginliyi artırıb.
Turkustan.az xəbər verir ki, təbliğat videosunda İsrail Baş naziri Benyamin Netanyahunun İran xüsusi təyinatlıları tərəfindən basqın zamanı tutulub qandallandığı təsvir olunurdu. Animasiya qısa müddətdə sosial mediada trend mövzusuna çevrildi.
Video ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda yayımlanıb. ABŞ bölgəyə ikinci bir təyyarədaşıyan gəmi göndərir, İsrail isə İrana qarşı təhdidlərini artırır.

Aytən Yaşar/ Turkustan.az