Tramp: İsrailin İranın raket proqramına qarşı hücumlarını dəstəkləyirik


ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya bildirib ki, əgər İranla razılaşma əldə olunmazsa, ABŞ İsrailin İranın ballistik raket proqramına hücumlarını dəstəkləyəcək.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İsrailin İrana hücumlarını dəstəkləyəcəyi irəli sürülüb.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ prezidenti Donald Tramp ötən ilin dekabr ayında İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə İranla razılıq əldə edilmədiyi təqdirdə ABŞ-ın İsrailin İranın ballistik raket proqramına hücumlarını dəstəkləyəcəyini bildirib. Məlumatlarda ABŞ-ın bu hücumlara dəstəyinin hava dəstəyi və ya ərəb ölkələrindən onların hava məkanından istifadə etmək üçün icazə almağı əhatə edə biləcəyi göstərilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ