Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Zəngin irs, güclü gələcək” layihəsinin icrasına başlanıb


“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Zəngin irs, güclü gələcək” layihəsinin icrasına başlayıb.

Bu barədə layihənin rəhbəri, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Ayşən Fəxrəddinqızı açıqlama verib.

Onun bildirdiyinə görə layihənin məqsədi Azərbaycanın zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə gənclər arasında milli-mənəvi dəyərlərin aşılanması, tarixə və mədəniyyətə marağın artırılması, eyni zamanda müasir texnologiyalardan istifadə etməklə bu dəyərlərin yenilikçi formada təqdim edilməsidir.

Layihə 3 ay müddətində Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ rayonlarında həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İB-yi bu günə qədər bir sıra uğurlu layihələr həyata keçirib.


MANŞET XƏBƏRLƏRİ