İran hərbi təlimlərə başladı


İran təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmaq üçün Hörmüz boğazında hərbi təlimlərə başladığını açıqlayıb.

Turkustan.azxəbər verir ki, İran dövlət televiziyası İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri tərəfindən başladılan "Hörmüz Boğazının Ağıllı Nəzarəti" təliminin Fars körfəzi və Hörmüz boğazında keçirildiyini bildirib.

Təlim İnqilab Keşikçiləri Korpusunun dənizdən gələn potensial təhdidlərə sürətli, qətiyyətli və hərtərəfli cavab vermək qabiliyyətinə yönəlmişdi.

ABŞ administrasiyasının son zamanlar regionda hərbi mövcudluğunu gücləndirməsi və İrana qarşı hücum təhdidlərinə cavab olaraq əlavə dəniz qüvvələri yerləşdirməsi Tehran tərəfindən təhlükəsizlik üçün təhdid kimi qəbul edilir.

Hörmüz boğazı dünya neft ticarətinin əhəmiyyətli bir hissəsinin keçdiyi strateji tranzit nöqtəsi kimi tanınır. İran ABŞ ilə potensial müharibə vəziyyətində Hörmüz boğazını bağlayacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ