Avropa Birliyi (AB) Komissiyası, ilhaqın qanunsuz olduğunu vurğulayaraq, İsrail hökumətini işğal olunmuş Qərb Şəriyəsindəki C bölgəsi ilə bağlı yeni qərarlarını ləğv etməyə çağırdı.
Turkustan.az xəbər verir ki, Avropa Komissiyasının Xarici İşlər üzrə sözçüsü Anuar Əl Anouni gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırıb.
İsrail hökumətinin işğal olunmuş Qərb Şəriyəsində Fələstin torpaqlarının ələ keçirilməsini "rəsmiləşdirəcək" birtərəfli "torpaq qeydiyyatı prosesi"nə başlamaq qərarı barədə danışan Əl Anuni bildirib ki, "İsrailin C bölgəsində yeni addımlar atmaq qərarı Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və iki dövlətli həll yoluna ziddir".
Əl Anouni, AB-nin İsrailin işğal olunmuş ərazilər üzərində suverenliyini tanımadığını xatırladaraq, "İlhaq beynəlxalq hüquqa ziddir və biz İsraili qərarını ləğv etməyə çağırırıq" dedi.
Aytən Yaşar/ Turkustan.az