Ərzaq məhsullarının qiyməti: 2011 və 2026-cı illərdə – SİYAHI


Son 15 il ərzində Azərbaycanda kərə yağı, fındıq ləpəsi, makaron, vermişel, un kimi bir sıra ərzaq məhsullarının qiymətində kəskin bahalaşma qeydə alınıb.

Turkustan.az xəbər verir ki, son 15 il ərzində əsas ərzaq məhsullarının əksəriyyəti üzrə bahalaşma müşahidə edilib.

Qeyd edək ki, ən çox bahalaşma kərə yağının qiymətində olub. 2011-ci ilin yanvar ayında Azərbaycanda kərə yağının orta satış qiyməti 6,3 manat olduğu halda, bu ilin əvvəlində 23,3 manat olub. Nəticədə kərə yağı son 15 ildə 3,7 dəfə bahalanıb.

Onu da bildirək ki, son 15 ildə əsas ərzaq məhsulları arasında alma, soğan və kartofun qiymətində ucuzlaşma olub. Göyərtinin qiymətində isə dəyişiklik olmayıb.

Cədvəldə bir sıra əsas ərzaq məhsullarının 15 il əvvəl — 2011-ci ilin yanvar ayında qeydə alınan orta qiymətləri ilə 15 il sonra — 2026-cı ilin yanvar ayında qeydə alınan orta qiymətləri göstərilib:

/Yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ