Qərbin ən böyük səhvi Ukraynaya vaxtında kömək etməməsi olub və bu dəstək hələ 2014-cü ildə göstərilməli idi.
Turkustan.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, əgər alyans 2014–2022-ci illər arasında Ukrayna ordusunun silahlandırılması və təliminə daha ciddi şəkildə dəstək versəydi, ölkə hazırda daha geniş ərazilərə nəzarət edə, hətta Rusiyanın genişmiqyaslı işğalının qarşısını ala bilərdi.
“NATO müttəfiqləri Ukraynaya misli görünməmiş dəstək verdilər. Amma əsas səhv ondadır ki, bu dəstək daha əvvəl və daha güclü göstərilmədi. Bu gün yenə eyni səhvə yol veririkmi? Məncə, bu gün daha çox şey etmək lazımdır”, – deyə Stoltenberq vurğulayıb. /bakivaxti.az/az