Suriyanın cənubundakı Suveyda əyalətində sursatla dolu bir nəqliyyat vasitəsi partlayıb, ilkin məlumatlara görə, çox sayda insan yaralanıb.
Turkustan.az xəbər verir ki, Suriya dövlət televiziya kanalı Əl-İxbariyyənin məlumatına görə, Suveyda əyalətinin Əl-Qurayya şəhərində silah və sursatla dolu nəqliyyat vasitəsi partlayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində çoxlu sayda insan yaralanıb.
Partlayışın sursatla dolu nəqliyyat vasitəsinin Sultan Paşa əl-Ətraş məqbərəsinin yaxınlığında olduğu bildirilir.
Aytən Yaşar/ Turkustan.az