Rubio: İranla razılaşma çox çətin olacaq!


ABŞ dövlət katibi Marko Rubio İranla razılığa gəlməyin çətin olduğunu bildirib və vurğulayıb ki, prezident Donald Tramp hər zaman dinc nəticələrə və danışıqlar yolu ilə həll variantlarına üstünlük verir.

Turkustan.az xəbər verir ki, Rubio Macarıstanın paytaxtı Budapeştə rəsmi səfəri çərçivəsində Baş nazir Viktor Orbanla birgə mətbuat konfransında çıxış edib.

Rubio ölkələr arasındakı münasibətlərdə liderlər arasında şəxsi əlaqələrin əhəmiyyətini qeyd edərək deyib:
— Nəticə etibarilə, hamımız insanıq. Qurulan şəxsi münasibətlər əməkdaşlığın formalaşmasında və inkişafında böyük rol oynayır. Əminliklə deyə bilərəm ki, Prezident Tramp sizin uğurunuza dərindən sadiqdir, çünki sizin uğurunuz bizim uğurumuzdur.

O əlavə edib ki, Macarıstan maliyyə çətinlikləri, iqtisadi artıma maneələr və ya ölkənin sabitliyini təhdid edən vəziyyətlərlə üzləşərsə, Prezident Tramp bu məsələləri yaxından izləyəcək və lazım gəldikdə dəstək göstərməyə hazır olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ