2025-ci ilin yanvar-avqust aylarında mobil operatorlar 825,9 milyon manat gəlir əldə ediblər.
Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,3% artaraq 2401,8 milyon manat təşkil edib, onun 73,7%-i əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 34,4%i və ya 825,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, bu sahədə əldə edilmiş gəlirin 83,5%-i qeyri-dövlət sektorunun payına düşüb. /bakupost.az/