"Onu klubumdan qovdum” – Tramp Epşteyn qalmaqalına cavab verdi


ABŞ Prezidenti Donald Tramp Ohayo ştatında keçirilən mitinq zamanı Ceffri Epşteyn qalmaqalı ilə bağlı etirazlarla üzləşib.

Turkustan.az xəbər verir ki, yetkinlik yaşına çatmayan qızları cinsi istismara cəlb edən şəbəkə idarə etməkdə ittiham olunan Epşteyn məhkəmə prosesini gözləyərkən həbsxanada ölüb.

Turkustan.az xəbər verir ki, mitinq başlayandan bir neçə dəqiqə sonra etirazçılardan biri Trampın Epşteynlə əlaqələri barədə iddialara toxunaraq onun çıxışını kəsib və “Tramp Ceffri Epşteynin təyyarəsində idi” deyə qışqırıb.

Tramp etirazçıya cavab olaraq Epşteyni 20 ildən çox əvvəl Floridadakı Mar-a-Lago klubundan qovduğunu iddia edib. O, Epşteynlə əlaqələrini inkar edərək onu Demokrat Partiyasının tərəfdarı olmaqda ittiham edib.

Epşteyn qalmaqalı ilə bağlı “tamamilə bəraət aldığını” bildirən Tramp etirazçıları “pullu etirazçılar” və “məğlublar” adlandırıb.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ