Uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayır...
İdmanın müxtəlif növləri ilə məşğul olur... XTQ sıralarında xidmət etməyi özü seçir...
Xüsusi təyinatlıların kursunu uğurla başa vuraraq XTQ sıralarına qəbul olunur...
Xüsusi təyinatlıların kursunu uğurla başa vuraraq XTQ sıralarına qəbul olunur...
6 il XTQ sıralarında xidmət edir... 2016-cı ilin Aprel döyüşlərində iştirak edir...
Kəşfiyyatçı kimi bir sıra xüsusi və məxfi əməliyyatlarda iştirak edir...
Cəsarətinə və bacarığına görə hərbçi dostları ona "Mixaylo" ləqəbini verir...
Vətən müharibəsində düşmənin xeyli tankını, zirehli texnikasını, 70-dən çox canlı qüvvəsini məhv edən, Laçın dəhlizinə daxil olan ilk hərbçilərdən biri olan, Daşaltı istiqamrtində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik mərtəbəsinə yüksələn Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Mehdi Şıxəliyev!
Qəhrəmanımız "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.
Atası Yalçın Şıxəliyev deyir ki, "oğlum çox qayğıkeş, ailəsinə can yandıran oğul idi. Həmişə özünü yox, bizi düşünərdi... Döyüşə gedəndə bizi kiçik oğluma tapşırmışdı... Mən insult keçirtmişdim. Sonradan bildim ki, Mehdi mənə görə qurban boyun alıbmış. Bunu son dəfə zəng edəndə özü dedi ki, "boynumda qurban var, onu kəsin"...
Bacısı danışır ki, "Mehdi Aprel döyüşlərində də iştirak edib. Özü heç nə danışmazdı. Amma hər dəfə döyüşlərdən sohbət düşəndə, elə müharibə vaxtı da torpaqlar alındıqca fəxr edirdim ki, mənim qardaşımın da bu qələbədə payı var. Onun qəhrəmanlıqlarını isə biz o şəhid olduqdan sonra yoldaşlarından duyduq. Bir daha belə bir şəhid qardaşa, qəhrəman qardaşa sahib olduğum üçün qürur duydum... " Və bunu o qədər içdən deyir ki... Düşünürsən ki, belə bir ailənin oğlu qəhrəman olmaya bilməzdi...
Azərbaycanın hərb tarixinə Mehdi adında "Mixaylo" ləqəbi ilə adı yazılan ikinci qəhrəmanımız oldun igidim! Yadımdadır, hələ uşaqkən "Uzaq sahillərdə" filmini izləyəndə fikirləşirdim ki, kaş ki, Mehdi ilə eyni zamanda yaşayardım. Ən azı bilərdim ki, böyük bir qəhrəmanla eyni səmanı paylaşıram. Amma illər keçdi, Allah bizə sizin kimi qəhrəmanları tanıtdı...
Fəxrimiz, qürurumuzsan bizim! Səni unutmarıq, unutdurmarıq mənim qəhrəman qardaşım! Allah sənə rəhmət eləsin! Məkanın cənnət, əziz ruhun şad olsun!