Parlament seçkilərindən sonra ölkədə nə baş verəcək?


Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə bir aydan da az müddət qalır. Maraq doğuran məsələlərdən biri də seçkidən sonra hansı dəyişikliklərin olacağıdır. Xüsusən kadr və struktur dəyişikliyi, idarəetmədə islahatlar gözlənilirmi?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərlinin fikrincə, hazırda bu barədə danışmaq çətindir.

Onun sözlərinə görə, hər şey seçkilərin nəticələrindən asılıdır:

“Seçkilərin nəticələrində seçicilər hökumətə aktivlikləri vasitəsi ilə yaxşı mesaj ötürsələr, alternativ namizədlərə səs versələr, cəmiyyətdə hökumətdən dəyişikliklərlə bağlı gözləntilərin olduğunu bildirsələr, yaxşı olar. Artıq bu zaman həm kadr, həm də ən əsası idarəetmə sistemində bir çox dəyişikliklərin şahidi ola bilərik. Bu da sosial-iqtisadi problemlərin həllində ölkəmizin önünü aça bilər, yeni bir dalğa yaranar. Amma hər şey seçkilərin nəticələrindən asılı olacaq”.


MANŞET XƏBƏRLƏRİ