Dövlətə xəyanətdə ittihan olunan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin məhkəmə istintaqı başlayır.
Turkustan.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Murad Aslanovun sədrlik edəcək.
İclasda Mehdiyev və köməkçisi olmuş Eldar Əmirova ittiham aktı açıqlanacaq.
Təqsirləndirilən şəxslərin hazırlıq iclası sentyabrın 21-də baş tutub.
Cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Bu cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra Ə.Kərimli və M.İbrahimlinin cinayət işi ayrıca icraata götürülüb.