Qarabağın Dirçəlişi Naminə İctimai Birliyinin (Karabakh İs Azerbaijan platforması) təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Qarabağ və Şərqi Zəngəzurda sərmayə imkanları” layihəsi çərçivəsində Bakıda “Invest Karabakh 2024” forumu keçiriləcək.
QHT.az xəbər verir ki, forumun əsas məqsədi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi əsasında həyata keçiriləcək tədbirlərə dəstək olmaq, işğaldan azad edilmiş bölgələrdə biznes subyektlərini inkişaf perspektivləri, investisiya imkanları, vergi güzəştləri, yaşıl sahibkarlıq, texnologiya transferi, eləcə də, kibertəhlükəsizlik mövzuları ətrafında sosial maarifləndirilmənin həyata keçirilməsidir.
Forum 2 panel əsasında, aidiyyəti dövlət qurumları, qeyri-kommersiya təşkilatları və özəl sektor nümayəndələrinin iştirakı ilə təşkil olunacaq. Panel müzakirələrin əsas mövzuları sırasına texnologiya transferi, yaşıl texnologiyalar, kibertəhlükəsizlik, eləcə də, biznes ekosistemində mövcud sərmaye imkanları, vergi güzəştləri və yaşıl sahibkarlıq daxildir.
Qeyd edək ki, tədbirlər çərçivəsində “Invest Karabakh 2024” forumu ilə yanaşı “Tech Karabakh” Hakaton Müsabiqəsinin də keçirilməsi nəzərdə tutulur.