“Bakıda Arayiklə bağlı danışıqlar apardınız” sualına Qriqoryandan reaksiya


Bakıdan İrəvana qayıdan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan jurnalistlərin suallarını cavabsız qoyub.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Jurnalistlər Qriqoryandan Bakı səfərini necə qiymətləndirdiyini və səfər çərçivəsində erməni məhbuslarla bağlı hər hansı müzakirənin aparılıb-aparılmadığını soruşublar. O isə suallara cavab vermədən ərazini tərk edib.

Qeyd edək ki, Kristine Qriqoryan Azərbaycana Təhlükəsizlik üzrə 4-cü Bakı Forumunda iştirak etmək üçün səfər edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ