Gürcülər bu ölkəni düşmən hesab edir, Azərbaycanı isə...


Gürcüstan vətəndaşlarının əksəriyyəti Rusiyanı ölkənin əsas düşməni hesab edir.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Araşdırmaları Resurs Mərkəzinin apardığı “Qafqaz Barometri 2024” tədqiqatının nəticələrində deyilir.

Respondentlərin 69%-i Rusiyanı Gürcüstanın əsas düşməni adlandırıb. 2021-ci ildə analoji araşdırmada bu, 66% idi.

“Hazırda Gürcüstanın əsas dostu hansı ölkədir?” sualına cavablar isə belə olub:

ABŞ – 24%

Azərbaycan – 8%

Ukrayna – 7%

Türkiyə – 4%

Almaniya – 4%

Ermənistan – 2%

Rusiya – 2%

Fransa – 2%

İsrail – 1%

Çin – 1%.


MANŞET XƏBƏRLƏRİ