Gəncənin icra başçısının müavinlərinin saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA


Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılması ilə bağlı yayılan xəbərlər reallığı əks etdirmir.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat veriblər.

Qeyd olunub ki, adı qeyd olunan məmurlar hazırda iş başındadırlar.

Lakin digər mənbələrdən əldə etdiyimiz məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.

xxx

Bu gün Gəncə şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

Turkustan.az sfera.az-a istinadla xəbər verir ki, əməliyyat zamanı şəhər icra hakimiyyəti başçısının iki müavini, Gəncə şəhəri İcra Hakimiyyəti Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri saxlanılıb.


MANŞET XƏBƏRLƏRİ