Məktəbli qız həmcinsi tərəfindən görünməmiş təhqirə məruz qalıb - DİN araşdırma aparır - VİDEO / Yenilənib


Bakının 156 saylı məktəbinin yaxınlığında şagirdlərdən biri həmcinsi tərəfindən bulinqə məruz qalıb. Bu barədə görüntüləri bloger Saleh Nəsirov sosial hesabında paylaşıb.

"Bu hadisəe Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdləri tərəfindən edilib. Zorakılığı törədən qızın adı Əliyeva Günel (ad şərti yazılıb) Bu şəxs öz sosial şəbəkəsində etdiyi zorakılığı paylaşıb və fəxr edir",-məlumatda qeyd olunub.

Daxili İşlər Nazirliyinin məttbuat xidmətindən bildirilib ki, hadisə 156 saylı məktəbin yaxınlığında baş verib və həmin məktəbin şagirdlərinin olması hələlik məlum deyil. "Videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır",- DİN-in açıqlamasında qeyd olunub

Hadisə ilə bağlı Elm və Təhsil Nazirliyinin hələlik mövqeyi öyrənilməyib.

***

156 nömrəli tam orta məktəbi baş verən hadisəni təsdiq edib.

"Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.",- məktəbin açıqlamasında deyilir.


MANŞET XƏBƏRLƏRİ