Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari ABŞ və İran arasında danışıqların davam etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Dohanın tərəflər arasındakı fikir ayrılıqlarının aradan qaldırılması və ortaq məxrəc tapılması üçün vasitəçilik səylərini davam etdirdiyini qeyd edib.
Ənsari Dohada keçirilən mətbuat konfransında ABŞ-İran gərginliyi, Hörmüz boğazındakı vəziyyət, Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüdsdəki hadisələrlə bağlı ölkəsinin vasitəçilik səylərindən danışıb.
Ənsari ABŞ və İran arasında təmasların davam etdiyini bildirərək, səylərin hazırda iki ölkə arasında ortaq məxrəc tapılmasına yönəldiyini deyib.
“Görüşlər davam edir və biz iki tərəf arasında mesajların çatdırılması çərçivəsində fəaliyyət göstəririk”, – deyə, Qətər rəsmisi bildirib.
Aytən Yaşar/ Turkustan.az