Britaniyadan Fələstin mesajı: “Sizi eşidirik, haqlısınız”


Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin üzləşdiyi vəziyyətin dünya ictimaiyyətinin vicdanında “ləkə” olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Miliband Liverpulda keçirilən Leyborist Partiyasının illik konfransında xarici siyasətlə bağlı çıxış edib.

O, Böyük Britaniyada və dünyanın müxtəlif yerlərində Fələstin xalqının vəziyyətindən dərin narahatlıq keçirən insanlara müraciət edərək deyib: “Sizi eşidirik. Siz haqlı idiniz”.

Miliband ailəsinin İkinci Dünya Müharibəsi zamanı nasist zülmündən qaçaraq İngiltərəyə sığındığını xatırladıb. O, hazırda müharibənin Avropaya qayıtdığını, demokratik qaydaların nəsillər ərzində heç vaxt olmadığı qədər təhdid altında olduğunu və beynəlxalq hüququn aliliyinin açıq şəkildə pozulduğunu bildirib.

Nazir əlavə edib ki, iqlim dəyişikliyindən süni intellektə qədər yeni təhdidlər də meydana çıxır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ