Vens: İranla razılığa gələ biləcəyimiz bir ssenari var


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranın ABŞ qarşısındakı öhdəliklərini yerinə yetirməsi halında Tehranla razılaşmanın mümkün olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Vens ABŞ və İran arasında mümkün razılaşma barədə danışarkən Prezident Donald Trampın Tehranla anlaşmanın əldə edilə biləcəyi ssenarinin mövcud olduğunu açıq şəkildə bildirdiyini qeyd edib.

Vensin sözlərinə görə, bunun üçün İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir.

“Bunun baş verməsi üçün iranlılar ABŞ qarşısındakı öhdəliklərini yerinə yetirməlidirlər. Əsas prinsip danışıqları yalnız sözlə deyil, həm də əməllə aparmaqdır. Bu, növbəti bir neçə ay ərzində necə irəliləyəcəyimizi müəyyən edəcək”, – deyə, Vens bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ