Papa süni intellektlə bağlı xəbərdarlıq etdi


Vatikan dövlətinin başçısı Papa XIV Leo süni intellektlə bağlı bir çox mütəxəssisin narahatlıqlarının ciddi qəbul edilməli olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Fransaya dörd günlük rəsmi səfərini başa vuraraq Romaya qayıdan Papa təyyarədə onu müşayiət edən jurnalistlərin suallarını cavablandırıb.

Dünyada süni intellektin yaratdığı risklər və bu sahədə aparılan müzakirələrlə bağlı fikirləri soruşulan Papa deyib: “Düşünürəm ki, süni intellekt üzrə bir çox mütəxəssisin ifadə etdiyi narahatlıqlar ciddiyə alınmalıdır. Bəzi şəxslərin maddi və ya digər üstünlüklər əldə etmək üçün iddia etdiyi kimi, bunların saxta xəbərlər olduğuna inanmıram”.

Papa ABŞ-ın çip istehsalçısı “Nvidia” şirkətinin süni intellekt sistemlərinin nəzərdə tutulan hədləri aşaraq zərər verməsinin qarşısını almaq üçün təhlükəsizlik mexanizmləri və ya könüllü məhdudiyyətlərin tətbiq oluna biləcəyi barədə açıqlamasına da toxunub.

O qeyd edib ki, eyni şirkət hökumətlərin süni intellekt sahəsində heç bir məhdudiyyət və ya qayda tətbiq etməməli olduğunu da müdafiə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ