ABŞ-dan İrana sərt mesaj: “Fəlakətə doğru gedir”


ABŞ Dövlət katibi Marko Rubio İranın “iflas həddində” olub-olmadığı ilə bağlı suala cavab olaraq ölkənin “sürətlə fəlakətə doğru getdiyini” bildirib. O, eyni zamanda Kubanın artıq “süqut etdiyini” iddia edib.

Turkustan.az xəbər verir ki, Rubio “Fox News”a müsahibəsində ABŞ-ın xarici siyasəti ilə bağlı müxtəlif məsələlərə toxunub.

ABŞ Prezidenti Donald Trampın İranın çoxsaylı ənənəvi silahlar istehsal etməklə region üçün yaratdığı təhlükənin qarşısını aldığını iddia edən Rubio bildirib ki, əks halda İranın nüvə proqramının inkişafına imkan verilməsi və Yaxın Şərqdə “Şimali Koreya”ya bənzər vəziyyətin yaranması ilə üzləşə bilərdilər.

Rubio İranla bağlı problemin 1979-cu il inqilabından qaynaqlandığını iddia edib. Onun sözlərinə görə, ölkəni ABŞ mediasına açıqlama verən “kostyum geyinmiş hökumət rəsmiləri” deyil, “apokaliptik vizyona malik radikal şiə ruhanilər” idarə edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ