Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazından keçən neft tankerinin hücuma məruz qaldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, UKMTO-nun məlumatına görə, hadisə zamanı tankerə mənşəyi məlum olmayan sursatla zərbə endirilib.
Hücum nəticəsində tankerdə yanğın baş verib. Yanğın daha sonra söndürülüb, ekipaj üzvləri arasında ölən və ya xəsarət alan olmayıb.
Hadisə nəticəsində ətraf mühitə hər hansı zərər dəymədiyi bildirilib. Hazırda səlahiyyətlilər hücumun miqyasını və digər detallarını araşdırırlar.
Aytən Yaşar/ Turkustan.az