Əli Həsənovun qızının Dubay mağazası: 3 milyonluq... - Foto


Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı bu il Jumeirahdakı (Dubay) “First Avenue Mall” alış-veriş mərkəzində qızıl-zinət və bahalı aksessuarlar mağazasını açıb.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, 1500 kv.metr sahəsi olan mağazada satışa təqdim olunan brend çantalar, bahalı saatlar və zinət əşylarının ümumi dəyəri 3 milyon dollardan artıq qiymətləndirilir./axar.az


MANŞET XƏBƏRLƏRİ