Suriyada qaz kəmərində yanğın: Təxribat şübhəsi


Suriyanın Deyr əz-Zor əyalətində, Şula ilə Deyr əz-Zor arasındakı təbii qaz boru kəmərində baş verən yanğının təxribat nəticəsində törədildiyi ehtimal olunur.

Turkustan.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

Suriya Milli Neft Şirkətinin qaz sektorunun rəhbəri Hişam Saleh bildirib ki, yanğın səbəbindən Cibse elektrik stansiyasından elektrik enerjisi istehsal edən stansiyalara qaz nəqli dayandırılıb.

Onun sözlərinə görə, yanğınsöndürmə briqadaları hadisədən əvvəl və sonra ərazini klapanlar vasitəsilə təcrid edib. Qaz təzyiqinin azalmasından sonra qruplar yanğının söndürülməsi işlərini davam etdirib.

Qeyd edək ki, ötən axşam Deyr əz-Zor əyalətinin cənubundakı Şula şəhəri yaxınlığında təbii qaz boru kəmərində yanğın baş verib. İlkin olaraq yanğının səbəbi məlum olmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ